
"Zirə" yeni futbolçuyla anlaşıb.
Sport1.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos"(Nikosiya) klublarında çıxış edib.