son dəqiqə SON DƏQİQƏ
Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək

"Kəpəz"in instaqram səhifəsindən bilmişəm ki, klub mənimlə yolları ayırıb" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 21-07-2025, 14:12

Mövsüm bitəndən sonra “Kəpəz”də “yarpaq tökümü” başladı. Gəncə klubunun rəhbərliyi bir çox futbolçuları, o cümlədən komandanın dayaqlarından olan kapitan Yeqor Xvalkonu da yola saldı.

Görəsən, belaruslu "sarı-göylər"də nə üçün qalmadı? Ayrılmamaq mümkün deyildi?

Suallarımızı Yeqor Xvalkoya ünvanladıq. Müdafiəçi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“3 il “Kəpəz”də çıxış etdim. Hesab edirəm ki, Azərbaycan Premyer Liqasında karyeram pis alınmadı. Həmişə Gəncə klubu üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Yola saldığımız mövsümdə də oyun göstəricim pis olmadı. 36 turun 33-də meydanda oldum. Şans qazanmadığım üç matçında bəlli izahı var. İki dəfə “Qarabağ”a qarşı oynamadım. Birində sarı vərəqə limitinə gözə cəzalıydım. Digərində isə 3 sarı almışdım deyə, baş məşqçi məni qorumaq üçün ehtiyatda saxladı. Bir də “Səbail” ilə görüşdə şans qazanmamışam. Bu da baş məşqçinin seçiminə görə olub. Yəni performansımda eniş və ya bu kimi digər problemlər yox idi. “Kəpəz”dən yeni müqavilə gözləyirdim. Amma nəinki yeni sözləşmənin imzalanması, heç xidmətimdə maraqlı olmamaları barədə də məlumat vermədilər. “Kəpəz”in instaqram səhifəsindən bilmişəm ki, klub mənim yollarını ayırıb. “Kəpəz”ə gələn yeni rəhbərlik tək mənə qarşı yox, digər legionerlərə də hörmətsizlik etdilər. Bu cür yanaşmanın səbəbini də bilmədik. Təbii ki, peşəkarıq, işimiz də bəllidir. Bizimlə maraqlanan və ya xidmətimizdə maraqlı olmayıb yola salmaq istəyən klubun olması normal haldır. Amma hər şeyin etik çərçivəsi və futbolçulara hörmət-ehtiramı olmalıdır. Mən 3 il “Kəpəz”in formasını geyinərkən və kapitanlıq sarğısını daşıyarkən həm klubun adını uca tutmuş, həm meydanda can qoymuşam, həm də azarkeşlərin rəğbətini qazanmışam. Bu cür hörmətsizliyi haqq etmirdim. Yuxarıda qeyd etdiyim kimi tək mənə yox, digər leginer komanda yoldaşlarıma da eyni cür yanaşma oldu. Dieoqu, Santos, Rati “Kəpəz” üçün can qoyan və elitada qalmasında müstəsna rolları olan oyunçular idi. Onlarla niyə müqavilə bağlanılmadı?! Cəmi 2 legioner – Ba və Paçu klubda saxlanılıb. Komandanın əvvəlki rəhbəri İlqar Nadiri ilə çox yaxşı münasibətlərim olub. Klub mənimlə müqavilə bağlamaqda maraqlı olmadığına görə o, mənə zəng edib, söhbət edib, dərdləşdi. İlqar bəylə bu gündə isti münasibətlərimiz sabit qalmaqdadır”.

Futbolçu gələcək karyerasını da ölkəmizdə davam etdirməkdə maraqlı olduğunu bildirdi:

"Hazırda vətənimdə istirahətdəyəm. Bir qədər istirahət etdikdən sonra təkliflər üzərində düşünəcəm. Azərbaycan həm ölkə, həm də futbol olaraq mənə əlverişli ölkədir. Karyeramı Premyer Liqanızda davam etdirmək istəyirəm. Amma səmimi deyim ki, hələlik klublarınızdan təkliflər almamışam. Belarus komandalarından mənə maraq göstərənlər var və iki real təklif də almışam. Amma legioner həyatı yaşamaq istəyirəm. Ona görə də Azərbaycan başda olmaqla digər ölkələrdən gələcək təklifləri gözləyirəm”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR