"Gəncə"nin məşqçisi Zaur Məmmədov "B" kateqoriyası üzrə məşqçi lisenziyasına yiyələnib.
Sport1.az xəbər verir ki, o, Azərbaycan Basketbol Federasiyası tərəfindən təşkil olunan məşqçilik seminarını və imtahanı uğurla başa vuraraq müvafiq lisenziyanı əldə edib.
43 yaşlı mütəxəssis bu ilin fevralından "Gəncə"nin əsas komandasının məşqçilər korpusunda yer alır.
Onun əsas komandada çalışdığı ötən mövsüm Qərb təmsilçisi Azərbaycan Kubokunun qalibi olub və Azərbaycan Basketbol Liqasının bürünc medalını qazanıb.
“Gəncə” kubokun finalında "Sabah"ı məğlub edərək (89:82) tarixində ikinci dəfə bu titula sahib çıxıb.