"Neftçi" qadın futbolçulardan ibarət Azərbaycan millisinin üç üzvü ilə yola davam edəcək.
Sport1.az xəbər verir ki, Manə Mollayeva, Günay İsmayılova və Vüsalə Seyfəddinova 2026/27-ci illər mövsümündə Azərbaycan Qadınlar Super Liqasında çıxış edən paytaxt təmsilçisinin heyətində mübarizə aparacaqlar.
Manə Mollayeva 2026/27 mövsümündə UEFA Qadınlar Çempionlar Liqasında "Neftçi"nin heyətində 2 oyunda 210 dəqiqə meydanda olub.
Günay İsmayılova turnirdə "Buduçnost"a qarşı görüşdə ehtiyatda qalıb. Vüsalə Seyfəddinova isə həmin qarşılaşmada start heyətində yer alıb.