son dəqiqə SON DƏQİQƏ
"Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib "Hakim "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi" Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb

"Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir

Bölmə adı Voleybol
Yayımlandı Bu gün, 09:57

Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək qadın voleybolçulardan ibarət "Turan" klubu hazırlıqla bağlı yenilikləri açıqlayıb.

Sport1.az xəbər verir ki, klubun Tovuzda keçiriləcək avrokubok oyununa hazırlıq geniş mərhələdə davam edir.

Tovuz Olimpiya Kompleksində həm texniki, həm də təşkilati istiqamətdə bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.

İnfrastruktur yenilənməsi son mərhələdədir.

Tribunaların görünüşü və azarkeşlərin rahatlığı, arenanın müasirləşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Oyun günü yalnız qarşılaşmadan ibarət olmayacaq. Matçdan öncə xüsusi açılış proqramı keçiriləcək.

Burada azarkeşləri və ictimaiyyəti bir sıra sürprizlər gözləyir. Zalda xüsusi işıq effektləri, yeni müasir tablolar və böyük monitorlar quraşdırılır.

Azarkeşlər üçün kompleksin ətrafında da oyun günü xüsusi aktivliklər keçiriləcək.

Qonaq komandanın qarşılanması, yerləşdirilməsi, hərəkətinin təşkili və digər zəruri xidmətlər üçün xüsusi proqram hazırlanıb.

Bu standartlar avrokubok oyunları ilə yanaşı Azərbaycan Super Liqasında da tətbiq olunacaq.

Artıq heyətin qurulması tamamlanıb. Komanda hazırlığını Avropada davam etdirir və burda bir neçə yoldaşlıq oyunu nəzərdə tutulub.

"Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə qarşılaşacaq.

İlk qarşılaşma oktyabrın 20-si Tovuzda keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR