"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb.
Sport1.az xəbər verir ki, buna səbəb futbolçunun I Liqanın 3-cü turunun "Karvan-Yevlax"la matçda birbaşa qırmızı vərəqə alması olub.
Bölgə təmsilçisi 1000 manat cərimələnib.
Xatırladaq ki, görüş "Karvan-Yevlax"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.