"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri keçiriləcək.
Sport1.az xəbər verir ki, ənənəvi yarış ikinci dəfə Füzulidə - Köndələn su anbarında start götürəcək.
Sentyabrın 29-da Füzulidə yarışların rəsmi açılış mərasimi, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər baş tutacaq.
Həmçinin Füzuli sakinləri, xüsusən uşaq və yeniyetmələr üçün maraqlı şoular, əyləncəli viktorinalar təşkil olunacaq.
Həvəskar kayak qayıqlarında avar çəkmək imkanı yaradılacaq.
Növbəti iki gün reqata Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək.
Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.
Turnirdə 12 ölkə - Azərbaycan, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.