Minifutbol üzrə Çempionlar Liqasındakı təmsilçimiz "Aznur" ilk matçına çıxıb.
Sport1.az xəbər verir ki, komanda F qrupunda "Sokil"ə (Polşa) uduzub - 0:2.
"Aznur" qrupda Polşa təmsilçisi ilə yanaşı, "The Private Rooftop" (Macarıstan) və "Bukovina Badeuti" (İngiltərə) ilə mübarizə aparır.