son dəqiqə SON DƏQİQƏ
ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək

Cüdo üzrə Dünya Çempionatı: YARIŞIN PROQRAMI AÇIQLANIB

Bölmə adı Cüdo
Yayımlandı Bu gün, 16:39

Bakıda keçiriləcək cüdo üzrə 2026-cı il Dünya Çempionatının yarış proqramı müəyyənləşib.

Sport1.az xəbər verir ki, oktyabrın 4-dən 11-nə qədər təşkil olunacaq mundialda ilk yeddi gün fərdi çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.

Turnirə 4 oktyabrda qadınların 48 kq və kişilərin 60 kq çəki dərəcələri ilə start veriləcək. Yarışlar saat 11:00-da, final mərhələsi isə 18:00-da başlayacaq.

5 oktyabrda qadınların 52 kq və kişilərin 66 kq, 6 oktyabrda qadınların 57 kq və kişilərin 73 kq, 7 oktyabrda isə qadınların 63 kq və kişilərin 81 kq çəkilərində mübarizə keçiriləcək.

8 oktyabr qadınların 70 kq və kişilərin 90 kq, 9 oktyabr qadınların 78 kq və kişilərin 100 kq, 10 oktyabr isə qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrinə ayrılıb.

Fərdi yarışların bütün günlərində görüşlər saat 11:00-da, final mərhələsi isə 18:00-da start götürəcək. Çempionatın rəsmi açılış mərasimi 5 oktyabr saat 16:30-da keçiriləcək.

Mundiala 11 oktyabrda qarışıq komanda yarışları ilə yekun vurulacaq. Həmin gün qarşılaşmalar saat 10:00-da, final mərhələsi isə 18:00-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR