Misli Premyer Liqasının 6-cı turunun "Sabah"la oyununda hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alan "İmişli"nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalanıb.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi 10000 manat cərimə olunub.
Sentyabrın 19-da keçirilən "Sabah" - "İmişli" matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" klubu daha 700 manat cərimə edilib.
Həmin gün baş tutan "Turan Tovuz" - "Zirə" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan "Zirə" komandası da 700 manat ziyana düşüb.
"Şamaxı" - "Araz-Naxçıvan" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün həm "Şamaxı", həm də "Araz-Naxçıvan" klubları 700 manat cərimələnib.
"Kəpəz" - "Sumqayıt" görüşündə 5 futbolçusu sarı vərəqə alan "Sumqayıt" komandası da eyni məbləğdə cərimə olunub.