son dəqiqə SON DƏQİQƏ
Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək

"Neftçi" bəyanat yaydı

Bölmə adı Neftçi
Yayımlandı Bu gün, 14:21

"Neftçi" İdman Klubu "Qaradağ Lökbatan" futbol klubunun ləğv olunması xəbəri ilə bağlı bəyanat yayıb.

Sport1.az xəbər verir ki, açıqlamada bunlar qeyd edilib:

"Bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə bildiririk ki, "Qaradağ Lökbatan Peşəkar Futbol Klubu" MMC-nin ləğvi barədə 22 sentyabr 2026-cı il tarixində vergilər.az saytında dərc edilmiş elanın “Neftçi” İdman Klubunun tərkibində fəaliyyət göstərən "Qaradağ Lökbatan" futbol komandasına heç bir aidiyyəti yoxdur.

Sözügedən MMC klubumuzun təsisçisi, törəmə qurumu və ya struktur bölməsi deyil.

Ad oxşarlığı səbəbindən yaranan yanlış anlaşılmaları nəzərə alaraq xüsusi olaraq vurğulayırıq ki, "Neftçi" İdman Klubunun tərkibindəki "Qaradağ Lökbatan" futbol komandası fəaliyyətini adi rejimdə davam etdirir və komandanın ləğvi ilə bağlı hər hansı bir qərar qəbul edilməyib.

Media nümayəndələrindən və ictimaiyyətdən xəbərləri işıqlandırarkən bu hüquqi və faktiki fərqləri nəzərə almalarını xahiş edirik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR