"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin düşərgəsində məşqlərə start verib.
Sport1.az xəbər verir ki, qolkiper Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə müsahibəsində Çempionlar Liqasında çıxışında və "Old Trafford" səfərindən söz açıb:
- Əhvalınız necədir?
- Əladır. Şəhərə qayıtdığım üçün xoşbəxtəm.
- Milliyə dəvət aldığınız zaman hansı hissləri keçirdiniz?
- Həmişə xoş hisslər olur. Mən həmişə deyirəm ki, milliyə qayıtdığım üçün xoşbəxtəm.
- Çempionlar Liqası barədə soruşmaya bilmərik. Hər şey necə keçdi? "Old Trafford"dakı atmosfer necə idi?
- İnanılmaz atmosfer, inanılmaz hisslər idi. Bütün bunları daim təkrarlamaq və rəqibin kimliyindən asılı olmayaraq növbəti oyunu gözləmək istəyirsən. Çempionlar Liqası yaxşı mənada narkotik kimidir.
- Siz Qazaxıstandan Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynamış ilk futbolçusunuz. Özünüzlə qürur duyursunuz?
- Bilmirəm. Yəqin ki, hazırda bütün bunları o qədər də dərk etmir və hiss etmirəm. Yəqin, karyeramı bitirdikdən sonra nəvələrimə danışaram.
- Komanda yoldaşlarınız üçün darıxmışdınız?
- Əlbəttə.