son dəqiqə SON DƏQİQƏ
II Liqada 5-ci tur: "Zəngəzur" "Kür-Arazı" darmadağın etdi ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ● Çimərlik güləşində tarixi uğur ● "Mənim üçün ən vacibi futbolçuların bütün çatışmazlıqlarını görmək idi" ● Azərbaycan millisinin Litva seçməsi ilə bərabərliyinin ● "Uduzmamaq da önəmlidir" ● "Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi" ● "Qəbələ" I Liqa klubu ilə heç-heçə etdi ● "Araz-Naxçıvan" "İmişli"yə uduzdu ●

"Sabahkı oyunu mütləq qazanmalıyıq" - AÇIQLAMA

Bölmə adı Avropa Liqası
Yayımlandı 16-07-2025, 21:43

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarında keçiriləcək "Çelye" ilə matç haqda danışıb.

Sport1.az xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında deyib:

"Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu olduqca maraqlı qarşılaşma olacaq. Son oyunda bir qədər çətin vəziyyətə düşdük – son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik. Amma inanıram ki, avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyən edir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil.

Nə olursa olsun — hətta ilk oyun 2:2 başa çatsaydı belə, sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi şəkildə təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə baxaraq analiz etmişik.

İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR