son dəqiqə SON DƏQİQƏ
II Liqada 5-ci tur: "Zəngəzur" "Kür-Arazı" darmadağın etdi ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ● Yunanıstan Almaniyanı, Portuqaliya Norveçi məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● Bəhanəni asan tapan Ayxan Abbasov futbolçu tapa bilmir! ● Çimərlik güləşində tarixi uğur ● "Mənim üçün ən vacibi futbolçuların bütün çatışmazlıqlarını görmək idi" ● Azərbaycan millisinin Litva seçməsi ilə bərabərliyinin ● "Uduzmamaq da önəmlidir" ● "Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi" ● "Qəbələ" I Liqa klubu ilə heç-heçə etdi ● "Araz-Naxçıvan" "İmişli"yə uduzdu ●

Karateçilər “Qazaxıstan Open”də uğurla çıxış etdi

Bölmə adı Digər
Yayımlandı 14-07-2025, 19:47

[b]Astana şəhərində karate üzrə "Qazaxıstan Open" beynəlxalq turniri keçirilib.

Sport1.az xəbər verir ki, yarışda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Azərbaycandan ümumilikdə 600-ə yaxın idmançı iştirak edib.

Azərbaycanı turnirdə Azərbaycan Karate Federasiyasının və "Təhsil" Respublika İdman Mərkəzinin (RİM PHŞ) yığma komandası təmsil edib. İdmançılarımız böyük heyətlə qatıldıqları yarışda yüksək döyüş əzmkarlığı nümayiş etdirərək müxtəlif çəki dərəcələrində fərqləniblər.

Yarışda aşağıdakı nəticələr əldə olunub: • Vəliyev Yusif (12–13 yaş, -45 kq) - II yer; • Kamilov Fateh (12–13 yaş, -40 kq) - II yer; • Kamilov Şamo (14–15 yaş, +70 kq) - III yer; • İmanov Rauf 16–17 yaş, -61 kq) - III yer; • Musayev Nəsimi (16–17 yaş, -76 kq) - II yer; • Dostuyev Aslan (U21, -67 kq) - I yer; • Süleymanov Rəşid (U21, -75 kq) - I yer; • Şahbazov Fariz (böyüklər, -60 kq) - I yer; • Savadov Fərid (böyüklər, -60 kq) - III yer; • Süleymanov Rəşid (böyüklər, -75 kq) - II yer; • Cəfərli Rumil (böyüklər, +84 kq) - III yer; • Sadıqova Mədinə (qadınlar, -55 kq) - III yer.

Bundan əlavə, böyüklər arasında keçirilən komanda döyüşlərində Azərbaycan yığması Qazaxıstanın milli komandasını məğlub edərək yarışın qalibi olub.

Komandamızın heyətində məşqçi kimi Anar Məmmədov (Gəncə şəhər 2 saylı UGİŞM PHŞ) və Rüstəm Əkbərov (Jaguar İdman Klubu / Karateçilər: Kamilov Şamo və Kamilov Fateh) çıxış ediblər. Turnirdə həmçinin beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov da hakim qismində iştirak ediblər.

Komandaya rəhbərlik edən "Təhsil" RİM -in baş məşqçisi Əbülfət Qarayev yarışın uğurla başa çatmasında xüsusi rol oynayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR