"Zirə"nin rəqibindən qələbə

Bölmə adı Konfrans Liqası
Yayımlandı 1-07-2025, 09:50

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan Xorvatiya təmsilçisi "Hayduk" yoxlama matçında MOİK (Sofiya) ilə qarşılaşıb.

Sport1.az xəbər verir ki, Sloveniya toplanışı çərçivəsində baş tutan matçda Split təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 5-ci dəqiqədə Marko Livaya vurub.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk matçını iyulun 23-də doğma meydanda, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR