son dəqiqə SON DƏQİQƏ
Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ●

Məşhur hokkeyçi Bakıya gəlir

Bölmə adı Digər
Yayımlandı 25-06-2025, 16:30

ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev (Danny Dzhaniyev) Bakıya səfər edəcək.

Sport1.az xəbər verir ki, o, iyunun 29-da “Ocaq Sport” klubunun gənc hokkeyçiləri ilə görüşəcək və onlara ustad dərsi (masterclass) keçəcək.

İlk dəfə təşkil olunacaq görüş Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutacaq. Bu, gənc idmançılar üçün həm motivasiya, həm də peşəkar bilik və bacarıqları öyrənmək baxımından əvəzsiz fürsət olacaq.

Qeyd edək ki, Caniyev hazırda ABŞ-nin “Penn State University” klubunun aparıcı oyunçularındandır. O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib. Valideynləri azərbaycanlı olan Danial milli köklərinə bağlılığını daim vurğulayır və ilk dəfə Azərbaycanda uşaqlarla görüş keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR