son dəqiqə SON DƏQİQƏ
Növbəti raundun daha 3 iştirakçısı müəyyənləşib 22 yaşlı müdafiəçi “Şamaxı”da ÇL: "Sabah"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib Millimiz dünya ikincisi oldu Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik” Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq"

Avropa çempionatında 19 cüdoçu

Bölmə adı Cüdo
Yayımlandı 24-06-2025, 16:06

İyunun 26–29-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.

Cüdo Federasiyasından Sport1.az-a bildirilib ki, Azərbaycan turnirdə ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi yarışlarda təmsil olunacaq.

Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanlar arasında Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kiloqram), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram), Əli Hümbətov (66 kiloqram), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kiloqram), Abdullah Rəhmətov (81 kiloqram), Səid Hüseynov (90 kiloqram) və Tunar Fərzəliyev (+90 kiloqram) qüvvəsini sınayacaq.

Qızların mübarizəsində isə Mədinə Hüseynova (40 kiloqram), Gülşən Hüseynova (44 kiloqram), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kiloqram), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kiloqram), Səmayə Yusifli (57 kiloqram), Ayan Əliyeva (63 kiloqram) və Məsumə Məmmədli (70 kiloqram) tatamiyə çıxacaqlar.

Qitə birinciliyində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Müəllif: Sport1.az