son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Rüstəm Məmmədov: "Ən çətin rəqib "Zirə"yə nəsib oldu" - AÇIQLAMA

Bölmə adı Konfrans Liqası / Manşet
Yayımlandı 22-06-2025, 17:00

Konfrans Liqasında ölkəmizi təmsil edəcək klublarımızın rəqibləri bəlli oldu.

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” “Hayduk”la “Araz-Naxçıvan” isə “Aris” ilə qarşılşacaq.

Komandalarımızdan hansı növbəti tura adlaya biləcək? Hansı kollektivimizin şansı daha çoxdur?

Suallarımızı Rüstəm Məmmədova ünvanladıq. "Zaqatala"nın məşqçisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Etiraf etmək lazımdır ki, təmsilçilərimizə adlı-sanlı və avrokubok təcrübəsi kifayət qədər olan klublar düşdü. Hesab edirəm ki, ən çətin rəqib “Zirə”yə nəsib oldu. “Hayduk” Xorvatiyanın adlı-sanlı komandalarındandır. Bu il qəsəbə təmsilçisi nə qədər yaxşı mübarizə aparsa da, xorvatlarla oyunlar çətin olacaq. Buna rəğmən, Rəşad Sadıqovun komandasının sona qədər döyüşəcəyi şübhəsizdir.

“Araz-Naxçıvan”a gəlincə, Yunanıstan və Kipr təmsilçiləri ilə qarşılaşmalarımız həmişə prinsipial olub. Avrokuboklarda debüt edən “Araz-Naxçıvan”ın da işi çətin olacaq. “Aris” bir əsrdən çox yaşı olan qocaman klubdur. Zəngin avrokubok təcrübəsinə malikdirlər. Bir neçə dəfə qrup mərhələsinə vəsiqə qazanıblar.

Hazırda “Hayduk” və “Aris”in hansı səviyyədə olduğunu bilmirik. Klublarımızın da necə hazırlıq keçmələrindən çox şey asılı olacaq. Bəlli olan odur ki, “Zirə” ilə “Araz-Naxçıvan”ı çətin mübarizə gözləyir. Komandalarımıza uğurlar arzu edirəm”.


MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR