son dəqiqə SON DƏQİQƏ
Növbəti raundun daha 3 iştirakçısı müəyyənləşib 22 yaşlı müdafiəçi “Şamaxı”da ÇL: "Sabah"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib Millimiz dünya ikincisi oldu Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik” Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq"

"Azərbaycanda yetərincə perspektivli futbolçu var" - Millimizin baş məşqçisi

Bölmə adı Milli
Yayımlandı 22-06-2025, 12:30

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın müvafiq yaş qrupundan ibarət komandasını 2:1 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, yığmanın baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına qələbə haqda bunları söyləyib:

“İlk növbədə komandamı qələbə münasibətilə təbrik edirəm. Moldova ilə ilk matçımızı iki gün əvvəl keçirmişdik. Bir günlük fasilədən sonra yenidən oynamaq çətindir. Futbolçunun bərpası çox önəmlidir. Orqanizmdə asılı olaraq 48 saata da bərpa olan futbolçu var, 72 saata da. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər etmişdik. Meydanda dominant futbol oynadıq, çoxlu qol epizodları yaratdıq. Məni narahat edən yeganə məqam hər iki görüşdə əldə etdiyimiz yüz faizlik epizodları dəyərləndirə bilməməyimiz və sadə vəziyyətlərdən qollar buraxmağımız oldu. Bunların üzərində çox çalışmaq lazımdır. Bu kollektivdən bir neçə futbolçunu U-17 milliyə də dəvət edirik. Təlim-məşq toplanışlarının və beynəlxalq oyunların sayını artıra bilsək, bu futbolçularla çox şeyə nail olarıq. İnanıram ki, ölkəmizdə təşkil olunacaq MDB Oyunlarında və U-17 millimizlə seçmə mərhələ matçlarında yaxşı nəticələr əldə edəcəyik”.

Baş məşqçi komandamızın 3:2 hesablı qələbə qazandığı ilk oyunla müqayisədə ikinci qarşılaşmanı daha yaxşı keçirdiyini söyləyib:

“Birinci oyunu təhlil etdiyimiz zaman gözə çarpan boşluqları aradan qaldırdıq. Budəfəki matçda topa daha çox sahib olduq, kifayət qədər qol vəziyyətləri yaratdıq. Baxımlı oyunun da nəticəsi olaraq qələbə qazandıq. Uğurlu nəticələrin davamının gələcəyinə inanıram”.

Aqil Nəbiyev sentyabr-oktyabr aylarında Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında U-16 millimizin uğurlu nəticə qazanacağına inandığını vurğulayıb:

“Rəqiblərimizi bildikdən sonra onlar barədə ətraflı məlumat toplayacaq, təhlil edəcəyik. Komandamız MDB Oyunlarında da uğurlu nəticələr qazanacaq potensiala malikdir. Sadəcə, uşaqlara güvənməliyik. Hər dəfə dediyim kimi, Azərbaycanda yetərincə perspektivli futbolçu var. Uşaqları düzgün istiqamətləndirmək və onlara inanmaq lazımdır”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR