son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Zaur Həşimov: "Zirə"ni Konfrans Liqasında çətin sınaq gözləyir" - AÇIQLAMA

Bölmə adı Konfrans Liqası / Manşet
Yayımlandı 21-06-2025, 18:35

Premyer Liqanın gümüş mükafatçısı "Zirə" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

"Qartallar" II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək.

Paytaxt təmsilçisi güclü rəqibi üstələyə biləcəkmi? Rəşad Sadıqovun komandası Split təmsilçisini mübarizədən kənarlaşdıra bilər?

Suallarımızı Zaur Həşimova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Zirə”ni Konfrans Liqasında çətin sınaq gözləyir. “Hayduk” Xorvatiyanın köklü klublarındandır. Onlar ötən mövsüm yaxşı mübarizə apardılar və son tura kimi çempionluq üçün döyüşdülər. Split təmsilçisi qızıl medalları təmin edən “Riyeka”dan və vitse-çempion “Dinamo”dan (Zaqreb) cəmi iki xal geri qalaraq finişdə 3-cü oldu. “Qartallar” deyərdim ki, çempionluğa diş atan Xorvatiya klubu ilə döyüşəcək. Rəşad Sadıqovun komandasının avrokuboklara ciddi hazırlaşacaq. Onların burada yaxşı mübarizə aparacaqları şübhəsizdir. Düşünürəm ki, xarakter, əzm göstərsək, mərhələni keçən tərəf biz ola bilərik”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR