son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Fərid Namazov: "Araz-Naxçıvan"ın vəziyyəti çətindir" - AÇIQLAMA

Bölmə adı Konfrans Liqası / Manşet
Yayımlandı 21-06-2025, 10:43

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək komandalardan biri də “Araz-Naxçıvan”dır.

Beynəlxalq turnirdə debüt edəcək Muxtar Respublika təmsilçisi I təsnifat mərhələsində “Aris”lə qarşılaşacaq.

Naxçıvanlıların yunanlar qarşısında şansı var? Elmar Baxşıyevin komandasının avrokuboklarda debütü uğurlu alınacaq?

Suallarımızı Fərid Namazova ünvanladıq. Gənc mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:


“Avrokuboklarda mübarizə aparacaq digər klublarımızla müqayisədə “Araz-Naxçıvan”ın beynəlxalq oyunlarda təcrübəsi yoxdur. Püşk onlara çətin rəqib çıxardı. “Aris” həm Yunanıstanın sayılıb-seçilən komandalarındandır, həm də kifayət qədər avrokubok təcrübəsinə malikdir. Naxçıvan təmsilçisində bir çox aparıcı futbolçular komandadan gedib. Onların yerinə cəlb olunanlar ümidləri nə dərəcədə doğruldacaqlar? Yenilərin uyğunlaşma mərhələsi nə qədər çəkəcək bəlli deyil. Bu səbəbdən də digər klublarımızla müqayisədə “Araz-Naxçıvan”ın vəziyyəti bir qədər çətindir. Buna rəğmən, onlara uğurlar arzu edirəm”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR