son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ●

Tofiq Musayev: "Qələbə qazanmaq üçün əlimdən gələni edəcəm"

Bölmə adı Döyüş
Yayımlandı 20-06-2025, 20:24

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev “UFC Fight Night: Hill vs Rountree Jr.” çərçivəsində Qırğızıstandan olan rəqibi Myktybek Oralbai ilə görüşünün 74,8 kq-da baş tutmasının səbəbini açıqlayıb.

Sport1.az xəbər verir ki, o, karyerası ərzində heç vaxt çəki salma prosesində problem yaşamadığını bildirib.

Döyüşçü həmişə bu prosesə məsuliyyətlə yanaşdığını vurğulayıb:

“Bu dəfə də hər şey plana uyğun gedirdi. Dünən axşam cəmi 900 qram salmalıydım. Amma UFC komandası bizimlə əlaqə saxladı və bildirdi ki, rəqib artıq çəkini salmağa davam edə bilmir. O, bütün gecəni həkimlərin nəzarətində olub. Gördüyünüz kimi, bu gün divizion limitindən 5 kiloqram artıq çəkidə idi. Onlar mənim fikrimi soruşdular, hətta döyüşü təxirə salmaq istədilər. Amma mən bu döyüşü qəbul etdim. Səhər yemək yedim, su içdim, ona görə də çəkim 73 kiloqramı keçdi.

Mən öz vətənimdə döyüşürəm. Bu, ölkəm üçün tarixi bir turnirdir. Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim, nə UFC-ni, nə də azarkeşləri yarı yolda qoya bilməzdim. Axı hamı bu döyüşü gözləyir. Qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR