son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ●

Cüdoçularımız Almaniyaya gedirlər

Bölmə adı Cüdo
Yayımlandı 19-06-2025, 22:23

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində gənclər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

Sport1.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq),
Mehdi Cəfərov, Əbil Yusubov, Nihad Yəhyayev, Abdurrahman Səbzəliyev (hamısı 73 kq), Cəsur İbadlı, Süleyman Şükürov, Mehdi Abbasov (hamısı 81 kq), Əli Qaziməmmədov, Tuncay Şamil, Aslan Kotsoyev (hamısı 90 kq), Davud Namazlı (100 kq), Eldar Əliyev və Ramazan Əhmədov (hər ikisi +100 kq) qalib olmağa çalışacaq.

Qeyd edək ki, turnirdə 37 ölkədən 618 idmançı (372 oğlan, 246 qız) qüvvəsini sınayacaq.

Müəllif: Sport1.az