son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ●

Rəşad Sadiqov: "Neftçi" heç yaxşı vəziyyətdə deyil" - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 18-06-2025, 15:10

"Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovun Sport1.az-a müsahibəsi...


- Mövsümü 2-ci olaraq başa vurdunuz. Nə düşünürsünüz?
- Çempionat həqiqətən də maraqlı oldu. 1 xal fərqlə "Neftçi" çempion oldu. Onları bu münasibətlə təbrik edirəm. Lakin, bizim komanda da onlardan geri qalmır. Əsas hədəfimiz çempionluq yox, gənclərimizi daha da yuxarılara yüksəltməkdir. Bu il də daxil olmaqla hər dəfə milliyə buradan 5 futbolçu gedir. Bəzi futbolçularımız Qurban müəllimin məşqlərində olurlar. Heyətimiz həqiqətən də çox yaxşıdır. Çalışacağıq ki, gələn mövsüm əlimizdən gələnin ən yaxşısını edək.

- U-17 Liqasının səviyyəsini necə dəyərləndirərdiniz?
- Bəzən stadionlarda, bəzən isə komandaların heyətlərində problemlər olurdu. Lakin liqanın səviyyəsini normal qiymətləndirmək olar.

- Uzun illər "Neftçi" şərəfini qorumusunuz. Bu klubun əfsanələrindən birisiniz. Ötən mövsüm sabiq komandanız heç də yaxşı çıxışla yadda qalmadı. Gələn mövsüm necə bir dəyişiklik olsa, "Neftçi" keçmişdəki günlərinə qayıda bilər?
- Bu mövzunu rəhbərlik danışıb həll etməlidir. Artıq neçə ildir "Neftçi" heç yaxşı vəziyyətdə deyil. Rəhbərlik ciddi addımlar atıb, bu məsələni həll etməlidir. Artıq azarkeşlərdə bu vəziyyətdən narazıdırlar. Bu belə davam etsə, gün keçdikcə "Neftçi" sevərlərin sayı daha çox azalacaq.

- Sizin oynadığınız dövrdə belə bir vəziyyət yaşansaydı, nə baş verərdi?
- Açığı, lider olduğumuz da belə təzyiq altında olurduq. Heç vaxt yadımdan çıxmaz. Avropa Liqasının qrupunda oynadığımızda "Bakı" ilə oyunda məğlub olmuşduq. Məhz bu matçdan sonra "Neftçi"nin bazasında böyük ajiotaj oldu. Sadıq müəllim bizimlə ciddi söhbət etdi. O dövrdə nə qədər ailə olsaq da, bir məğlubiyyət olanda bunu qəbul edə bilmirdik. Bu səbəbdən biz həmişə çempionluq üçün döyüşürdük. İndikilər o qədər rahat oyun oynayırlar ki, adam həqiqətən də çox təəccüblənir.

- Gələcəkdə "Neftçi"dən təklif alsanız, cavabınız nə olar?
- Bir vaxtlar "Neftçi" üçün can qoymuşuq. Belə təklif gəlsə, ciddi şəkildə dəyərləndirərəm

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR