"Fənərbağça"nın oyunçusu rekordunu təzələdi

Bölmə adı Avropa Liqası
Yayımlandı 21-02-2025, 09:10

Avropa Liqasının pley-offunda "Fənərbağça" cavab matçında "Anderlext"lə heç-heçə oynadı - 2:2.

Sport1.az xəbər verir ki, İstanbul təmsilçisinin üzvü Yussef En-Nesiri matçın 4-cü dəqiqəsində fərqlənib.

Bununla da mərakeşli forvard mövsüm ərzində 36-cı qarşılaşmada 24-cü qolunu vurub.

27 yaşlı forvard sonuncu dəfə 2020/21-dəki "futbol ili"ndə bu uğura imza atmışdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR