son dəqiqə SON DƏQİQƏ
Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ●

"İdmançılarımıza parlaq qələbələr arzulayıram!" - Rəşad Nəbiyev

Bölmə adı Cüdo
Yayımlandı Dünən, 22:44

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Prezident İlham Əliyevin Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakını yüksək qiymətləndirib.

Sport1.az xəbər verir ki, Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında dövlət başçısının mərasimdə iştirakının Azərbaycan idmanına göstərilən diqqət və qayğının, ölkədə cüdoya verilən xüsusi önəmin göstəricisi olduğunu bildirib.

“Bakıda cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin mərasimdə iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkəmizdə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir. Dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan böyük məmnunluq duyur, bütün idmançılarımıza parlaq qələbələr arzulayıram!”, - ACF rəhbəri qeyd edib.

Qeyd edək ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR