09:50 5.05.2025 124

“Dostluq Kuboku” minifutbol turniri keçiril

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-12 və 13-15 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında “Dostluq Kuboku” minifutbol turniri keçirilib.

Sport1.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

AFFA-nın təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1, 2 və 3 saylı Uşaq evlərinin komandaları güclərini sınayıblar.

Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də oyunu izləyənlərin böyük coşqu və sevinc yaşadığı diqqət çəkib.

Turnirin ən yaddaqalan anlarından biri tədbirə şəxsən qatılan və oyunları izləyən Leyla Əliyeva və Arzu Əliyevanın bütün komandaları dəstəkləməsi, uşaqlarla səmimi söhbət etməsi və onlarla şəkillər çəkdirməsi olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunublar. Eyni zamanda, ikinci və üçüncü yeri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turnirinin təşkilində əsas məqsəd uşaq evlərində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin onların həyatına müsbət təsir etdiyini bildirərək, bu cür sosial-idman layihələrinin davamlı olmasını arzuladıqlarını qeyd ediblər.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:48

AFFA Ayxan Abbasovla bağlı yekun qərarını verdi - ÖZƏL

23:06

UFC Azərbaycan: Biletlər satışa çıxır

22:53

Dambrauskas: “Bu qalibiyyət “Kəpəz” üçün çox böyük uğurdur”

22:22

Millimiz Rumıniyaya böyük hesabla uduzdu

21:58

Azər Bağırov: “Bu gün bəxtimiz gətirdi”

21:24

Çempion məğlub oldu, Qubada qolsuz heç-heçə - YENİLƏNİB

20:46

“Neftçi”dən azarkeşləri sevindirəcək xəbər

20:11

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

19:57

Portuqaliyalı məşqçi Rəşad Sadıqovdan üzr istədi

19:23

Rəşad Sadıqov: “Meydançanın keyfiyyəti zərbələrə təsir edirdi”

19:05

AFFA bu klubların lisenziyasını LƏĞV ETDİ

18:48

Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib

18:36

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda ənənəvi futzal turniri keçiriləcək

17:18

Azərbaycanın 28 güləşçisi qitə birinciliyində

16:34

AFFA İntizam Komitəsindən "Qarabağ"a ŞOK cəzalar: 74500 manat cərimə, Yankoviçə 8 oyunluq diskvalifikasiya

16:20

İngiltərə klubları "Qarabağ"ın futbolçusunu istəyirlər - İDDİA

15:47

"Qalatasaray"ın futbolçusu üçün mövsüm başa çatdı

15:33

Federasiya prezidenti Naxçıvanda yeniyetmə voleybolçularla görüşdü

15:07

AMADA və Milli Məclisdən yeni antidopinq məcəlləsi ilə bağlı görüş

14:42

Ronaldu Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurdu

14:25

​İspaniya Çempionlar Liqasına 5-ci vəsiqəni təmin etdi

14:06

AFFA rəsmiləri Özbəkistanda səfərdə oldular

13:48

Avropa Liqasında 6-cı final - Emeri rekordunu yenilədi

13:27

“Çelsi”nin ulduzu karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir

13:04

14 illik idman saytı bloklandı, baş redaktoru Prezidentə müraciət etdi

12:35

“Neftçi”yə pis xəbər: Bu futbolçunu transfer etmək istəyən başqa klublar ortaya çıxdı

12:20

Bizon Azərbaycan Kubokunda finala doğru: Finallarda 300 minə yaxın tamaşaçı

12:09

Rəşad Sadıqov: "Finalda kimə qarşı oynayacağımızı yaxşı başa düşürük" - VİDEO

11:42

Azərbaycan millisinin futbolçusu Albaniyada rəmzi heyətə seçildi

11:29

“Beşiktaş” “Real”ın oyunçusu üçün “hərəkət”ə keçir

11:07

"Real"ın futbolçusu İtaliya klubuna keçə bilər

10:55

"Bavariya" bu futbolçu üçün 90 milyon avro ödəmək niyyətində deyil

10:23

"Real"ın dava edən futbolçularını ciddi cəza gözləyir

10:12

Keyn yeni rekordun bir addımlığında

09:57

PFL-in uğurlu statistikası: Milyonların izlədiyi 5 oyun

09:50

Bundesliqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırır

09:28

"Çelsi"də ciddi itkilər var

00:58

Avropa Liqasında finalçılar müəyyənləşib - YENİLƏNİB

00:57

KL: “Şaxtyor” mübarizəni dayandırdı - YENİLƏNİB

23:49

33 yaşlı mütəxəssis daha 3 il Premyer Liqa klubunda - RƏSMİ

22:33

Bakıda UEFA proqramı çərçivəsində keçirilən futzal turniri yekunlaşdı

22:25

"Futbolda fərdi maraqlar və maxinasiyalar rol oynayır" - Şahmar Vəliyevlə ÖZƏL MÜSAHİBƏ

21:55

Dövlət qurumlarının əməkdaşları arasında yoldaşlıq oyunu keçirilib

20:57

Sabiq “Barselona”lı La Liqaya qayıda bilər

20:41

ÇL: Həftənin futbolçusu bəlli oldu

19:58

Cüdoçularımızın rəqibləri bəlli oldu

19:18

AFFA-nın dəstəyi ilə futbol turniri keçirilib

18:58

UEFA-nın A kateqoriyalı kursunun V mərhələsi başa çatıb

18:29

Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

17:56

I Liqada tur "Baku Sportinq"in səfər qələbəsi ilə yekunlaşdı - YENİLƏNİB

17:55

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

17:48

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar

16:46

Xabi Alonso "Çelsi"nin baş məşqçisi ola bilər

16:34

"Real"ın Kenan Yıldız arzusu davam edir

16:22

"Neftçi" Dünya Seriyasında 1/4 finala yüksəldi

15:44

"Atletiko"nun transfer etmək istədiyi futbolçu kimdir?

15:31

"Çelsi"nin 2 futbolçusu "Barsa"nın hədəfində

15:09

"Barselona"nın futbolçusu Fransa klubu ilə birdəfəlik müqavilə bağlayacaq

14:47

Markus Reşford "Arsenal"a keçəcək?

14:32

PSJ UEFA Çempionlar Liqasında daha bir tarixi uğura imza atıb

14:09

“İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq” - VİDEO

13:46

Bundesliqa və UEFA Çempionlar Liqasının qalibi olmuş futbolçu karyerasını bitirdi

13:26

"CBC Sport" "Bavariya" - PSJ oyununu niyə yayımlaya bilməyib? - RƏSMİ AÇIQLAMA

13:04

AVF rəsmisi CEV-in iclasında iştirak etdi

12:49

ÇL-də həftənin ən yaxşısı adına namizədlər

12:28

"Ardıcıl ikinci dəfə finala çıxmaq inanılmazdır" - Luis Enrike

11:44

Çempionlar Liqası tarixində ilk dəfə iki ispan baş məşqçi finalda qarşılaşacaq

11:29

Cəzası sərtləşdi, DÇ-2026-nın ilk oyunlarını buraxacaq

11:06

"Mançester Yunayted"in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli oldu

10:40

“İmişli”nin əməkdaşları “Trabzonspor”da təcrübə keçdilər - FOTO