son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Tacikistan: Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir

Qubada UEFA-nın dəstəyi ilə turnir

Bölmə adı Futbol
Yayımlandı 28-04-2025, 12:12

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qubada 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.

Sport1.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb. Hacıhüseynli kənd tam orta məktəbin kollektivi turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq, Vladimirovka kənd tam orta məktəb və Ağbil kənd tam orta məktəb tutublar. Vladimirovka kənd tam orta məktəbin şagirdi Zəhra Mustafayeva 3 qolla turnirin ən məhsuldar oyunçusu olub. Hacıhüseynli kənd tam orta məktəbin şagirdi Züleyxa Qəniyeva ən yaxşı oyunçu, Ağbil kənd tam orta məktəbin şagirdi Zəhra Rasikova isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutanlar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-19 (qızlar) milli komandanın baş məşqçisi Həbib Ağayev və U-17 (qızlar) milli komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.


Qeyd edək ki, layihənin təşkilində əsas məqsəd gələcəkdə AFFA U-13 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçılar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatlarla təmin olunub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR