son dəqiqə SON DƏQİQƏ
"Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" "Sumqayıt"ın daha bir legioneri millinin düşərgəsinə çağırılıb

"Qarabağ" rəsmisi ECA-nın İşçi qrupuna seçildi

Bölmə adı Futbol
Yayımlandı 2-04-2025, 11:31

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib.

Sport1.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupunda fəaliyyət göstərəcək.

Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində “Yuventus”, “Tottenhem”, “Çelsi”, “Betis”, PSV, “Leypsiq” kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.

İşçi qrupa Madrid "Atletiko"sunu təmsil edən Migel Anxel Xil Marin sədrlik edir. Qrupun əsas məqsədi azarkeşlərlə bağlı strategiyaların, təşəbbüslərin və texniki tövsiyələrin hazırlanmasıdır.

İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ağdam klubunun İdarə heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkilərdə Avropa Klublar Birliyinin İdarə heyətinin, bundan sonra “Qarabağ” Futbol Akademiyasının meneceri Nail Kərimov adıçəkilən qurumun Uşaq Futbolu üzrə İşçi qrupunun (2023–2027) üzvü seçilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR