son dəqiqə SON DƏQİQƏ
“Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı AMADA-nın icraçı direktoru tələbələrlə görüşüb "Bununla kifayətlənməyəcəyik" Liqa mərhələsini təmin edən klubların adı müəyyənləşdi Ən məhsuldar gənc futbolçular Sona Ağayevadan qızıl medal "Karvan-Yevlax"dan 2 transfer "Kəpəz" Qətər klubu ilə üz-üzə Azərbaycan Çempionatı keçiriləcək

Həvəskar turniri keçirə bilməyən AFFA - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 11-03-2025, 12:51

Region Liqasında 2025/26 mövsümü start götürdü.

Bununla da, turnirin təşkilatçılığında bir sıra problemlər üzə çıxdı. Məsələn, ilk turun oyunları 8-9 martda keçirilsə də, hələ də nəticələr sosial şəbəkə hesablarında yerləşdirilməyib. Düzdür, rəsmi saytda məlumatlar var. Amma həmin informasiyanı da tapmaq Hindistanda dəniz yolunu tapmaqdan daha çətindir. Görünən odur ki, qurum bu yarışın keçirilməsinə ciddi yanaşmır. 54 komandalıq turnirin 2 ay yarıma başa çatması da, məsuliyyətsizliyin göstəricisidir.

Düzdür, turnir həvəskar statusdadır. Amma bu yarış klubların peşəkarlaşması yolunda tramplin funksiyasını yerinə yetirir. Hələ ki, struktur və idarəetmə olaraq tam formalaşmayan, peşəkarlaşmayan AFFA-dan yüksək səviyyəli çempionatın təşkil edilməsini gözləmək də sadəlövhlükdür.

Komanda sayının artırılması uğur olaraq göstərilə bilər. Lakin Naxçıvan Muxtar Respublikasında görüşlər baş tutmayacaq. Amma əvvəlki illərdə burada çempion olan komanda Region Liqasının yarımfinalına vəsiqə qazanırdı. Son 2 ildir ki, bu, baş vermir.

Digər problem isə komandaların adları ilə bağlıdır. İştirakçı sayı çox olsun deyə kimi gəldi çempionata buraxıblar. Maraqlanmayıblar ki, bu adda başqa kollektiv var, ya yox. Məsələn, "Xocalı" futbol klubu illərdir ki, fəaliyyət göstərir. Aşağı yaş qrupu üzrə komandaları AFFA-nın bayrağın altında keçirilən yarışlarda iştirak edir. İndi isə aydın oldu ki, Region Liqasında çıxış edən "Xocalı" PFK həminki deyilmiş. Əsl "Xocalı"nın prezidenti İlkin Hacıyev məsələ ilə bağlı saytımıza açıqlama verdi:

"Region liqasında çıxış edən "Xocalı" PFK-nın "Xocalı" futbol klubuna heç bir aidiyyəti yoxdur. 2019-cu ildən fəaliyyət göstəririk. Vergidə qeydiyyatdan keçmişik. AFFA-nın keçirdiyi yarışlarda iştirak edirik. Bütün sənədlərimiz qaydasındadır. Bizə maraqlıdır ki, futbol ictimaiyyəti, AFFA artıq 6 ildir "Xocalı" futbol klubunu tanıyır. Bu halda necə olur ki, oxşar adda bir klub yaranır və yarışlara buraxılır? Bu addım futbol ictimaiyyətində çaşqınlığa səbəb olub. Azarkeşlər elə bilir ki, yarışlara qatılan bizim klubdur.

Məsələ ilə bağlı AFFA-ya müraciət ediləcək və araşdırılması tələb olunacaq. Bundan başqa, müəyyən hüquqi addımlar da atacağıq. Məhkəməyə müraciət edəcəyik. Biz məsələni belə qoymayacağıq. Media vasitəsi ilə də AFFA-ya müraciət edərək bu məsələni diqqətə almalarını istəyirəm".


Gördüyünüz kimi, qurum çempionatla bağlı hər şeyi yola verib. Özlərini peşəkar adlandıranlar həvəskar turniri normal keçirə bilmirlər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR