son dəqiqə SON DƏQİQƏ
"Zirə"də daha bir ayrılıq - RƏSMİ Bakıda voleybol üzrə AVRO-2026-nın oyunlarına bu gün start verilir "Neftçi" mübarizəni dayandırıb Azərbaycan millisinin cüdoçusu Ekvadorda dünya çempionu olub Günün oyunları: "Qarabağ" Niderand səfərindən inamlı qələbə ilə dönür - Premyer Liqa klublarının yay transferləri Millimizin üzvlərinin komandaları üçün pley-off sınağı - UEFA Avropa Liqası: Pley-offun oyunlarına start verilib - Qurban Qurbanov: “Çox vacib qalibiyyət oldu” Konfrans Liqası: "Qarabağ"dan minimalhesablı qələbə - Emrelidən növbəti qol Azərbaycanlı atletdən Avropa birinciliyində 2 medal İngiltərədə klubunu dəyişə bilər “Lokomotiv”dən “Qalatasaray”a Şeydayev oynadı, komandası qələbə qazandı “Sabah”da yeni müqavilə “Tvente” - “Qarabağ”: İki güləşçimiz dünya çempionatının finalında Millimizin yekun heyəti açıqlanıb Nigeriyalı yarımmüdafiəçi I Liqa klubunda “Milan”dan 60 milyonluq transfer Mourinyo onu Modriçə bənzətdi Portuqaliya millisinin üzvü “Barselona”da Azərbaycanın qadın güləşçiləri U-20 Dünya Çempionatının yarımfinalında “Tvente” “Qarabağ”la oyundan əvvəl futbolçusu ilə yollarını ayırdı Rəhbərlik Avropa Çempionatının medalçıları ilə görüş keçirib Azərbaycan Birinciliyi keçiriləcək

"Bahar turniri"nin qalibi bəlli oldu

Bölmə adı Qızlar Liqası
Yayımlandı 17-03-2025, 18:23

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Lənkəranda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.

Sport1.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 4 komanda mübarizə aparıb.

Şiləvar kənd tam orta məktəbin komandası turnirin qalibi olub. II və III yeri müvafiq olaraq Digah kənd tam orta məktəb və Rvo kənd tam orta məktəb tutub.

Şiləvar kənd tam orta məktəbin şagirdi Gültən Babayeva 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. Rvo kənd tam orta məktəbin şagirdi Nazənin Şəkirzadə ən yaxşı oyunçu, Digah kənd tam orta məktəbin şagirdi Xədicə Şıxcanova isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib kollektiv isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov və U-15 (qızlar) millinin baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə AFFA U-13 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR