son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

"Bu tədbir sırf müsabiqə deyil" - Orxan Məmmədov

Bölmə adı Digər
Yayımlandı 12-03-2025, 20:05

Bu gün 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə Dünya Çempionatının püşkü atılıb.

Sport1.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da iştirak edib. Qonaqları salamlayan qurum rəhbəri son illərdə minifutbolun inkişaf etdiyini bildirib:

"AMF-nın prezidenti və ev sahibi kimi sizləri salamlayıram və uğurlar arzulayıram. Azərbaycan bu cür tədbirə ev sahibliyi etməkdən qürur duyur. Biz bir çox tədbirlər keçiririk, minifutbolu inkişaf etdiririk. Bu tədbir sırf müsabiqə deyil. Biz dostluq yaradırıq, oyunla bağlı öz hisslərimizi gücləndiririk. Minfiutbol son illərdə çox inkişaf edib. Bu gün biz onun gücünü, insanları ilhamlandırdığını, gənc nəsli istiqamətləndirdiyini görürük.

Biz Avropa Çempionatında qalib olmuşduq. Azərbaycan prezidenti və MOK-un prezidenti İlham Əliyev şəxsən Avropa çempionları ilə görüşmüşdü. Bu da idmançılarımız üçün böyük motivasiya vermişdi və ölkəmizdə idmanın inkişafına köməyini göstərmişdi. Azərbaycan bir çox tədbirləri uğurla keçirib. Avropa oyunları, İslam Həmrəylik Oyunları, 2019-cu ildə Avropa Liqasının final görüşü, AVRO-2020 oyunları, Formula 1 qran prisi və s. Əminik ki, Baku-2025 unudulmaz xatirələrlə yadda qalacaq. Mən Dünya Minifutbol Federasiyasına və xüsusən dostum Filip Yudaya təşəkkür edirəm. İstərdim ki, bütün federasiyalara bizə etimad göstərdiklərinə görə minnətdarlığımı bildirim. Gənclər və idman naziri Fərid Qayıbovu salamlayıram, ona minnətdaram. Müntəzəm olaraq, ölkədə idmanın inkişafına öz dəstəyini göstərib, bu cür təbdirlərin qəbul olunmasında vacib rol oynayıb. AFFA rəhbərliyinə də təşəkkür edirəm. Federasiyamızın ilk təsis olunduğu gündən yanımızda olublar. Sponsorlara və komandalara da təşəkkür edirəm. Onlar bugünkü tədbirin, turnirin uğurla keçirilməsində öz səylərini göstərib".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR