son dəqiqə SON DƏQİQƏ
Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tovuzda qolsuz sülh, "Araz-Naxçıvan" "Neftçi"yə qarşı - Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək

Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 28-04-2025, 23:14

SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü və “Sumqayıt” Futbol Klubunun təşkilati dəstəyi ilə SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü və “Sumqayıt” Futbol Klubunun təşkilati dəstəyi ilə daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub.

Sport1.az xəbər verir ki, Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Sumqayıt” - “Neftçi” qarşılaşmasından əvvəl təşkil olunan tədbir çərçivəsində SOCAR-ın sponsorluq etdiyi “Sumqayıt” və “Neftçi” komandalarının oyunçularının iştirakı ilə Daun sindromlu uşaqlar arasında dostluq matçı keçirilib.

Hər iki komandanın futbolçuları oyundan əvvəl meydana üzərində “Fərqli deyil, xüsusiyik!” yazısı ilə çıxıblar. Həmçinin, yoldaşlıq oyununda və qarşılaşmanın startı ərəfəsində futbolçuları müşayiət edən uşaqlar da meydana üzərində sözügedən şüarı əks etdirən formaları ilə daxil olublar. Sonra hər iki klubun sponsorları, həmçinin tərəfdaşlar və təşkilatçılar tərəfindən iştirakçı uşaqlara hədiyyələr təqdim edilib.

“Sumqayıt” və “Neftçi” klublarının futbolçuları oyuna tədbir iştirakçısı olan uşaqların müşayiəti ilə çıxıblar. Uşaqlar valideynləri ilə birgə "Sumqayıt" və "Neftçi" kollektivləri arasında olan qarşılaşmasını izləyiblər.

Layihə Daun sindromlu uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, eyni zamanda onların psixoloji rifahının yüksəldilməsinə, özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, Daun sindromlu insanlar, o cümlədən uşaqlar ölkəmizdə tam dövlət qayğısı ilə əhatə olunub, onların hüquqlarının müdafiəsi, reabilitasiyası, bacarıqlarının və vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər daim diqqətdə saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR