son dəqiqə SON DƏQİQƏ
İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu

Şamaxıda UEFA-nın dəstəyi ilə turnir keçirildi

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 14-04-2025, 18:52

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Şamaxıda 14 yaşadək qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib.

Sport1.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 8 komanda iki qrupda mübarizə aparıb. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində üz-üzə gəliblər. Göylər kənd 2 №li tam orta məktəbin komandası turnirin qalibi. II və III yerləri müvafiq olaraq, 3 №li şəhər tam orta məktəb və 1 №li şəhər tam orta məktəb kollektivləri tutublar.

3 №li tam orta məktəbin şagirdi Nigar Mehəliyeva 4 qolla turnirin ən məhsuldar oyunçusu olub. Göylər kənd 1 №li tam orta məktəbin şagirdi Aysel Qasımova ən yaxşı oyunçu, Göylər kənd 2 №li tam orta məktəbin şagirdi Ayşən Rəhimli isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları Şamaxı Regional Futbol məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova, U-15 (qızlar) milli komandasının baş məşqçisi Gülənbər Qasımova və U-17 (qızlar) milli komandasının köməkçi məşqçisi Aytac Nemətova təqdim ediblər.

Qeyd edək ki, layihənin baş tutmasında əsas məqsəd gələcəkdə AFFA U-15 Qızlar liqasına və aşağı yaş qrupu üzrə milli yığma komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR