son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Tacikistan: Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir

Avropa çempionundan Bakıda ustad dərsi

Bölmə adı Şahmat
Yayımlandı 28-04-2025, 17:41

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Milli Xalça Muzeyində şahmat üzrə ikiqat dünya və Avropa çempionu Antoaneta Stefanova tərəfindən "ustad dərsi" keçirilib.

Sport1.az xəbər verir ki, tədbirdə iştirak edən qurumun prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov əsas məqsədin yeniyetmə və gənc şahmatçıların peşəkar idmançı kimi formalaşmasına dəstək vermək olduğunu bildirib.

20 yeniyetmə və gənc şahmatçının iştirak etdiyi görüşdə Antoaneta Stefanova uğur yolundan, karyerasının önəmli anlarından söhbət açıb. Sonra şahmatda debüt və digər vəziyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, yeniyetmə və gəncləri maraqlandıran suallara cavab verilib.

"Ustad dərsləri"nin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AŞF yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR