son dəqiqə SON DƏQİQƏ
Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ● Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ●

"Sayılmayan qolumuzda ofsayd yox idi" - "Sumqayıt"ın baş məşqçisi

Bölmə adı Sumqayıt
Yayımlandı 23-10-2026, 21:41

"Sumqayıt" Misli Premyer Liqasının 9-cu turunda "Zirə"yə uduzub - 2:3.

Sport1.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra mətbuat konfransında iştirak edib:

"Məncə, bizim üçün utancverici oldu. Düşünürəm ki, yekun nəticədə daha çoxuna layiq idik. Matça yaxşı başlamadıq. Oyun qurarkən vacib vəziyyətlərdə toplar itirdik. Rəqibin bundan istifadə etmək üçün keyfiyyətli oyunçuları var. Lakin 0:2-dən sonra komandamın xarakterini bəyəndim. Fasilədə futbolçulara dedim ki, oyunu qaytara bilərik. İki qol vurduq. Təəssüf ki, biri sayılmadı. Məyus olduğum məqam odur ki, daha çoxunu edə bilərdik. Oyunçularımın daha çoxunu bacaracağına inanıram. "Zirə" qələbə qazanmaq üçün nələrsə edəcəkdi. Müdafiədə xırda səhvlər etdik. İnanıram ki, liqanın ən yaxşı komandalarına qarşı oynayacaq komandamız var".

- Demək olar ki, hücumlarda son nöqtəni qoyacaq hücumçu çatışmırdı?

- Nihad Əhmədzadə ilə "9 nömrə"nin başqa növü ilə oynayırdıq. Bilirəm ki, onun mərkəz hücumçusundan fərqli xüsusiyyətləri var. Amma düşünürəm ki, bu gün yaxşı işlər gördü, hücum və müdafiə planında komandaya çox kömək etdi. Hər kəs bilir ki, iki hücumçumuzu eyni vaxtda itirdik. Amma məşqçi kimi oyunun içində həll yolları tapmağa məcburam. Gələcəkdə daha yaxşı nəticə qazanmaq üçün fərqli nələrsə edəcəyik.

- Qarşıdakı turlarda daha yuxarı pillələr üçün oynayacaq "Sumqayıt" görə biləcəyik? Növbəti turda da "Şəfa" ilə qarşılaşacaqsınız...

- Asan oyun yodur. İndi turnir cədvəli ilə maraqlanmıram, komandamı növbəti oyuna hazırlayıram. Komanda qurulucuğunda davam edirik.

- Hakimlikdən razı qaldınız? Həm siz, həm də həmkarınız oyun boyu narazılıq bildirirdi...

- Hakimlər haqda danışmağı sevmirəm. Onlar üçün də asan deyil. Amma onların əlində VAR kimi yaxşı sistem var. Sayılmayan qolumuzda ofsayd yox idi. Amma hakimlər haqda danışmasaq, yaxşıdır. Belə qərar verdilər, amma komandam sınmadı, 2-ci qolu vurduq.

- Vəli Qasımov da, siz də eyni anda "Setubal"da oynamısız. Onunla münasibətiniz qalıb?

- Vəli Qasımov əla hücumçu idi, yaxşı insandır. Telefonla danışırıq. Karyeramda gördüyüm ən yaxşı oyunçulardan biridir. Öz dövrünün ən yaxşı hücumçularından biridir. İnsan kimi onu çox istəyirəm. Bura gəldikdən sonra görüşməmişik. Amma insan və futbolçu kimi ondan çox şey öyrənmişəm. Onda 18-19 yaşım var idi, onun isə 31. Həm meydanda, meydandan kənarda ondan çox şey öyrənmişəm.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR