son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ● "Sayılmayan qolumuzda ofsayd yox idi" ● Qaşim Maqomedov gümüş medal ● Super Liqa: "Azərreyl" və "Murov Az Terminal" ilk turda qələbə qazanıb ● "Zirə"nin legioner futbolçusu ölkə çempionatları tarixinə düşüb ● "Qəbələ" "Araz-Naxçıvan"ı, "Zirə" isə evdə "Sumqayıt"ı məğlub etdi ● Bakı şəhər birinciliyinin baş tutacağı tarix açıqlanıb: ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ● "Zirə" - "Sumqayıt": ● Avropa Çempionatı: Azərbaycanın U-20 millisi Polşa seçməsinə uduzub ● Cüdo üzrə kəmər imtahanı keçirilib ● Arsen Venger Hövsanda ● "Yamala meydanda rahatlıq verməyəcəyəm" ● "Araz-Naxçıvan" - "Qəbələ": ● Meydandan qovulan II Liqa klubunun futbolçusunun ● Qırmızı vərəqə alan klub rəsmisinin cəzalandırıldı: ● Hakimi təhqir edən bölgə klubunun rəhbərinin cəzası açıqlandı ● Quba rayon Olimpiya Kompleksinin direktoru həbs edildi: ● "Şəfa" - "Kəpəz" matçı kinoteatrda: ● Günün oyunları: ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ●

Güləş üzrə milli komandalarımız fizioterapistlərlə təmin olunacaq

Bölmə adı Güləş
Yayımlandı 22-10-2026, 12:16

Güləş üzrə Azərbaycan milli komandaları fizioterapistlərlə təmin olunacaq.

Sport1.az xəbər verir ki, bununla bağlı təşkil olunan görüşdə Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndələri də iştirak ediblər.

Tədbirdə məşqçilər və fizioterapistlər arasında əməkdaşlığın hansı formatda qurulmalı olduğu, təcrübəçilərin məşq prosesindəki rolu, fəaliyyət prinsipləri və gözləntilərin düzgün müəyyənləşdirilməsi məsələləri görüşün əsas müzakirə mövzusu olub.

Görüş zamanı gənc mütəxəssislərin U-15, U-17 və U-20 yaş qrupları üzrə yığmaların məşq prosesinə cəlb olunması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi vurğulanıb.

Proqram çərçivəsində tələbələr böyüklərdən ibarət milli komandalarda çalışan peşəkar həmkarlarının təcrübəsindən yararlanacaqlar.

ASA ilə birgə həyata keçirilən bu layihə nəticəsində ilk dəfə olaraq bütün yaş qrupları üzrə güləş milliləri fizioterapistlərlə təmin ediləcək.

Praktiki təcrübə müddətində fəallığı və peşəkarlığı ilə fərqlənən tələbələrin gələcəkdə daimi işlə təmin olunması nəzərdə tutulur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR