I Liqada 6-cı tura yekun vurulub.
Sport1.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Dünən keçirilən matçlarda "Şahdağ Qusar" "Səbail"i (1:0), "Mingəçevir" "Xankəndi"ni (1:0) məğlub edib.
I Liqa. 6-cı tur
"Gəncəbasar" - "Zaqatala" 7:0
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu.
MOİK - "Karvan-Yevlax" 3:1
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Niyaz Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu.
"Şimal" - "Baku Sportinq" 5:2
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Vüqar Bayramov, Şamil İmanzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu.