Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.
Sport1.az xəbər verir ki, o, UEFA Avropa Liqasının 3-cü turunun "Ferentsvaroş" (Macarıstan) - "Torrense" (Portuqaliya) matçında iş başında olacaq.
Qarşılaşma oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.