son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Avropa Çempionatında ölkəmizi bu güləşçilər təmsil edəcəklər

Bölmə adı Güləş
Yayımlandı 7-03-2025, 13:13

2025-ci ildə güləş üzrə ilin ən mühüm yarışlarına start verilir.

Sport1.az xəbər verir ki, martın 8-dən 14-dək Albaniyada U23 Avropa Çempionatı keçiriləcək. Tirananın “Feti Borova” idman zalında təşkil ediləcək qitə birinciliyində hər 3 millimiz iştirak edəcək.

Yarışa sərbəst güləşçilər start verəcək. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseniy Djioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Abdulcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilər xalçaya çıxacaq. Heyət Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədovadan (65 kq) ibarətdir.

Çempionatın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərlik etdiyi komandada Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) yer alıb.

Avropa Çempionatında I dərəcəli beynəlxalq hakimlər Bəşir İsazadə və Həbib Nurulu ədaləti qoruyacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR