son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ● "Sayılmayan qolumuzda ofsayd yox idi" ● Qaşim Maqomedov gümüş medal ● Super Liqa: "Azərreyl" və "Murov Az Terminal" ilk turda qələbə qazanıb ● "Zirə"nin legioner futbolçusu ölkə çempionatları tarixinə düşüb ● "Qəbələ" "Araz-Naxçıvan"ı, "Zirə" isə evdə "Sumqayıt"ı məğlub etdi ● Bakı şəhər birinciliyinin baş tutacağı tarix açıqlanıb: ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ● "Zirə" - "Sumqayıt": ● Avropa Çempionatı: Azərbaycanın U-20 millisi Polşa seçməsinə uduzub ● Cüdo üzrə kəmər imtahanı keçirilib ● Arsen Venger Hövsanda ● "Yamala meydanda rahatlıq verməyəcəyəm" ● "Araz-Naxçıvan" - "Qəbələ": ● Meydandan qovulan II Liqa klubunun futbolçusunun ● Qırmızı vərəqə alan klub rəsmisinin cəzalandırıldı: ● Hakimi təhqir edən bölgə klubunun rəhbərinin cəzası açıqlandı ● Quba rayon Olimpiya Kompleksinin direktoru həbs edildi: ● "Şəfa" - "Kəpəz" matçı kinoteatrda: ● Günün oyunları: ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ●

"Slaviya"nın baş məşqçisi Yindrix: "Çox mənasız qollar buraxdıq"

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 13-10-2026, 23:32

"Sabah" UEFA Çempionlar Liqasının 2-ci turunda "Slaviya"nı (Praqa) məğlub edib.

Sport1.az xəbər verir ki, Çexiya təmsilçisinin baş məşqçisi Yindrix Trpişovski qarşılaşmadan sonra keçirilən mətbuat konfransında iştirak edib.

- Məğlubiyyətə izahınız necə olacaq?

- Yanıldıq. Xüsusilə də, ilk hissədə. Hesab 0:0 olarkən. Səbəblər çoxdur. İki səhvdən qol buraxdıq. Çox mənasız qollar buraxdıq. Əfsuslar olsun. Kifayət qədər qol epizodlarımız var idi. Lakin dəyərləndirə bilmədik. Ola bilsin ki, komandamız zəif çıxış etdi. Rəqib bizə təzyiq göstərdi. Orta xətdə rəqib bizə qalib gəldi. Oyunçular çox üzgündürlər. Onlar maksimum güclərini ortaya qoydular.

- "Lans"la keçirilən oyunla bu matçı müqayisə edə bilərsiniz?

- Zəif tərəflərimiz olduğu üçün məğlub olduq. Düşünürdüm ki, bu matçda qalib gələcəyik. "Çox yaxşı çıxış edə bilərdik" demirəm. Rəqibimiz hazırda qələbəni bayram edir. Cərimə meydançasında baş işlətmək lazımdır. Nələri düzəldə bilərik? Bunlar futbolçuların potensialından asılı olan məsələlərdir.

- Matçdan öncə favorit göstərilməyiniz oyunçularda təzyiq yaratdı?

- Bir çox məsələ barədə danışmaq istəmirəm. Favorit komandalardan biri olmaq şansımız azdır. "Lans"la oyunda da yaxşı qərarlar verməyə çalışdıq. Bəzən ilk hissə yaxşı çıxış edirsən, sonra isə səhvlərə yol verirsən. Bəli, belə matçlarda bu cür səhvlər etməməlisən. Məncə

- Növbəti matça qədər nələri dəyişdirmək mümkün olacaq?

- Təbii ki. Gözləntilərimiz özünü doğrultmadı. "Fənərbağça" ilə oyunun necə keçəcəyini meydanda görəcəyik. Bu gün qeydə alınan nəticəni çox analiz edəcəyik. Növbəti matçımız şənbə günü olar. Çox söz demək olar.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR