Azərbaycanın U-16 millisi FİFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.
Sport1.az xəbər verir ki, yığmamız oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək.
Toplanışa 16 futbolçu dəvət olunub.
Oktyabrın 22-dən 30-dək ölkəmizdə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı U-16 milli komandamız təmsil edəcək.