Bu gün İntizam Komitəsinin iclası keçirildi.
Sport1.az xəbər verir ki, toplantıda I Liqanın 4-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:
"Səbail" - "Karvan-Yevlax" oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 210 manat ziyana düşüb.
"Gəncəbasar" - "Baku Sportinq" duelində qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün onlar da 210 manat cərimələnib.