Bu gün İntizam Komitəsinin iclası keçirildi.
Sport1.az xəbər verir ki, verilən qərara əsasən, "Neftçi" 5000 manat cərimə ödəyəcək.
Buna Misli Premyer Liqasının 7-ci turunun "Sabah"la qarşılaşmasında "ağ-qaralar"ın azarkeşlərinin rəqib komandanın futbolçularını təhqir etməsi səbəb olub.
Eyni zamanda 4 futbolçusu sarı vərəqə aldığı üçün "bayquşlar" 700 manat ziyana düşüb.