Bu gün İntizam Komitəsinin iclası keçirildi.
Sport1.az xəbər verir ki, "Araz-Naxçıvan" 2000 manat cərimələndi.
Buna Misli Premyer Liqasının 7-ci turunun "Kəpəz"lə qarşılaşmasında hesab tablosu işləməməsi səbəb olub.
Xatırladaq ki, görüş "sarı-göylər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.