Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat alıb.
Sport1.az xəbər verir ki, FİFA referisi turnirin əsas mərhələsinin NEK (Niderland) - "Levski" (Bolqarıstan) matçını idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Görüş oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.