Azərbaycanlı hakim Elçin Məsiyev UEFA Avropa Liqasının matçına təyinat alıb.
Sport1.az xəbər verir ki, FİFA referisi "Çelye" (Sloveniya) - "Omoniya" (Kipr) matçını idarə edəcək.
Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi Nicat İsmayıllı olacaq.
Görüş oktyabrın 15-də keçiriləcək.