son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ● "Sayılmayan qolumuzda ofsayd yox idi" ● Qaşim Maqomedov gümüş medal ● Super Liqa: "Azərreyl" və "Murov Az Terminal" ilk turda qələbə qazanıb ● "Zirə"nin legioner futbolçusu ölkə çempionatları tarixinə düşüb ● "Qəbələ" "Araz-Naxçıvan"ı, "Zirə" isə evdə "Sumqayıt"ı məğlub etdi ● Bakı şəhər birinciliyinin baş tutacağı tarix açıqlanıb: ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ● "Zirə" - "Sumqayıt": ● Avropa Çempionatı: Azərbaycanın U-20 millisi Polşa seçməsinə uduzub ● Cüdo üzrə kəmər imtahanı keçirilib ● Arsen Venger Hövsanda ● "Yamala meydanda rahatlıq verməyəcəyəm" ● "Araz-Naxçıvan" - "Qəbələ": ● Meydandan qovulan II Liqa klubunun futbolçusunun ● Qırmızı vərəqə alan klub rəsmisinin cəzalandırıldı: ● Hakimi təhqir edən bölgə klubunun rəhbərinin cəzası açıqlandı ● Quba rayon Olimpiya Kompleksinin direktoru həbs edildi: ● "Şəfa" - "Kəpəz" matçı kinoteatrda: ● Günün oyunları: ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ●

Rəşad Rəsullu: "Bakıda keçirilən bu mundial uzun müddət xatırlanacaq"

Bölmə adı Cüdo
Yayımlandı 12-10-2026, 15:59

"Dünya Çempionatı təşkilatçılıq və nəticələr baxımında çox yaxşı alındı və uzun müddət xatırlanacaq”.

Sport1.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilmiş mundialın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Rəsullu Prezident İlham Əliyevə açılışda iştirak etməsi və dünya çempionu Əhməd Yusifovu qəbul etməsini qürur mənbəyi və stimul rolunu oynadığını bildirib:

"Onun cüdoya göstərdiyi dəstəyin mənəvi nəticəsi olaraq, bu nailiyyəti əldə etdik. Eyni zamanda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə, gənclər və idman naziri Fərid Qayıbova, Milli Olimpiya Komitəsi və dövlət qurumlarına, sponsorlarımıza təşəkkürümüzü bildiririk. Ən böyük təşəkkürlərdən birini federasiyamızın kollektivinə rəhbərimiz adından ifadə edirik. Əldə olunmuş nəticələr qarşılığında isə məşqçilər, tibbi heyətinə dərin təşəkkürümüzü bildiririk. Ən böyük təşəkkür isə cüdoçularımıza düşür".

Federasiya olaraq, nəticələri yüksək qiymətləndirən qurum rəsmisi bir sıra rekordlara imza atdıqlarını söyləyib:

"7 çəkidən 5-də medal qazanmışıq, 7 idmançımızdan 5-i ilk dəfə dünya çempionatında medalçılar sırasına düşüb. Heyətin dərinliyini yaratmağa kişilərdən ibarət komandada nail olmuşuq. Bu nəticələr növbəti mərhələ üçün start nöqtəsidir. İşimiz bundan sonra da davam edəcək, dayanmaq fikrimiz yoxdur. Qarşıda daha ciddi və böyük yarışlarımız olacaq. Amma ən əsası, Los Anceles-2028 Yay Olimpiya Oyunlarıdır. Əsas diqqətimiz olimpiadaya yönələcək. Dünya çempionatındakı nəticələrimiz göstərdi ki, sırf idman nəticələri və cüdonun keyfiyyəti baxımından düzgün istiqamətdəyik və idmançılarımızın inkişafı göz qabağındadır".

O, qadınlardan ibarət millidə də inkişaf gördüyünü bildirib:

"Bilirəm ki, gözləntilər böyükdür. Amma komanda üzvləri artıq bir qapıya uduzmurlar. Məsələn, komanda yarışında avstriyalıları 2, yaponiyalıları isə 1 qadın cüdoçumuz məğlub etdi. Qadın cüdosu kişilərdən çox geridədir. Biz bu istiqamətdə vəzifə və məsuliyyətimizi bilirik və hədəflərimizə doğru gedirik. Hazırda düzgün inkişaf yolunda olduğumuzu bilirik".

Tədbirdə ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və millinin baş məşqçisi Riçard Trautman da iştirak edib.

4 - 11 oktyabrda Milli Gimnastika Arenasında təşkil olunmuş dünya çempionatında Azərbaycan cüdoçuları 7 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) və Uşangi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib olublar.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR