SON DƏQİQƏ
Azərbaycan millisinin üzvü Toral Bayramovun çıxış etdiyi “Bursaspor” Türkiyə I Liqasının 9-cu turunda “Mardin 1969”u qəbul edib.
Sport1.az xəbər verir ki, “timsahlar” son dəqiqə qolu ilə 1:2 hesabında məğlub olublar. Təxminən 42 min azarkeşin izlədiyi görüşdən sonra baş məşqçi Mustafa Erinin heyət seçimi tənqid edilib. Yerli mütəxəssislər Azərbaycan millisindən yaxşı formada qayıdan Toralın start heyətində yer almamasını və sonradan meydana buraxılmamasını yanlış qərar sayıblar.
Qeyd edək ki, “ağ-yaşıllar” 19 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.