son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ● "Sayılmayan qolumuzda ofsayd yox idi" ● Qaşim Maqomedov gümüş medal ● Super Liqa: "Azərreyl" və "Murov Az Terminal" ilk turda qələbə qazanıb ● "Zirə"nin legioner futbolçusu ölkə çempionatları tarixinə düşüb ● "Qəbələ" "Araz-Naxçıvan"ı, "Zirə" isə evdə "Sumqayıt"ı məğlub etdi ● Bakı şəhər birinciliyinin baş tutacağı tarix açıqlanıb: ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ● "Zirə" - "Sumqayıt": ● Avropa Çempionatı: Azərbaycanın U-20 millisi Polşa seçməsinə uduzub ● Cüdo üzrə kəmər imtahanı keçirilib ● Arsen Venger Hövsanda ● "Yamala meydanda rahatlıq verməyəcəyəm" ● "Araz-Naxçıvan" - "Qəbələ": ● Meydandan qovulan II Liqa klubunun futbolçusunun ● Qırmızı vərəqə alan klub rəsmisinin cəzalandırıldı: ● Hakimi təhqir edən bölgə klubunun rəhbərinin cəzası açıqlandı ● Quba rayon Olimpiya Kompleksinin direktoru həbs edildi: ● "Şəfa" - "Kəpəz" matçı kinoteatrda: ● Günün oyunları: ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ●

Dağ velosipedi üzrə Ölkə Kubokunun qalibləri müəyyənləşdi

Bölmə adı Digər
Yayımlandı 12-10-2026, 09:34

Dağ velosipedi (MTB) üzrə Ölkə Kubokunun 3-cü mərhələsi başa çatıb.

Sport1.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiqlədiyi təqvim planına uyğun olaraq Dağ Velosipedi Parkında təşkil edilən yarışda 30-dan artıq idmançı qüvvəsini sınayıb.

Elit, U23 və gənc oğlanlar kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri ilk üç yeri tutublar. Mirmövsüm Cəbrayılov qızıl, Kamal İsmayılov gümüş, Kənan Eyvazov isə bürünc medal qazanıb.

U17 yaş qrupunda Əli Zeynalzadə birinci, Toğrul Məmmədli ikinci, Kənan Eyvazov üçüncü olub. Onların hər üçü ROEQİUGVM-ni təmsil edir.

U15 kateqoriyasında da eyni məktəbin idmançıları fərqləniblər. Məhəmmədəli Ağazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala sahib çıxıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR